Yazını böyüt
Yazını kiçilt
Güclü külək Bakının Yasamal Rayonu ərazisindəki 13 saylı məktəbdə hündürlüyü 15 metrdən yuxarı olan şam ağacını aşırıb.
Hafta.az xəbər verir ki, hadisə bu gün 15:40 radələrində baş verib. Ağac məktəbin həyətinə yaxın əraziyə düşüb. Küləyin qoparıb aşırdığı ağacın zərbə qüvvəsi yeni əkilmiş tinglərə də zərər yetirib.
Kökündən qopan ağac xoşbəxtlikdən kimsəyə xəsarət yetirməyib. Məktəbin həyəti açıq olsa da, həyətdə müəllim və şagirdlərdən kimsə olmayıb.
Qeyd edək ki, bu gün səhər saatlarından başlayan güclü külək paytaxt ərazisində bir neçə ağacı aşırıb.



